Uzun müddətdir Tailandda çıxış edən azərbaycanlı futbolçu Məmməd Quliyev klubunu dəyişib.
İdman.biz Pressing.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 3-cü liqa təmsilçisi "Saraburi Yunayted"dən ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, 3-cü liqanın daha bir təmsilçsi "Muanq Loei Yunayted"lə anlaşıb.
Qeyd edək ki, Məmməd Quliyev karyerası ərzində “Rəvan”, “İnter”(indiki “Şamaxı”), “Şüvəlan”, “Kamphaengphet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit”, “Saraburi Yunayted"”(hamısı Tailand) klublarında oynayıb.
İdman.biz