Salah: PSJ, yoxsa ərəb klubları?

Xəbərlər
2 Dekabr 2024 10:21
219
Salah: PSJ, yoxsa ərəb klubları?

Məhəmməd Salah PSJ-yə keçə bilər.

İdman.biz xəbər verir ki, Fransanın "L'Equipe" nəşri misirli futbolçunun Paris klubuna keçidinin mümkün olduğunu, tərəflərin bununla bağlı müzakirələr apardığını və "şansların yaxşı olduğunu" yazıb.

Vingerin "Liverpul"la müqaviləsi cari mövsümün sonuna qədərdir. İndi hər şey onun komandanı tərk edəcəyinə doğru gedir.

"L'Equipe" Salahın gələn yay PSJ-yə keçməyi istisna etmədiyini və "qapının açıq" olduğunu yazır. Mənbənin məlumatına görə, onlar Fransa klubu ilə çoxdan mümkün transferi müzakirə edirlər.

Salahın PSJ-nin rəhbəri Nasser Al-Xelaifi ilə yaxşı münasibətinin olması da bu keçidin reallaşmaq şansını artırır.

Futbolçunu heyətinə qatmaq istəyənlər arasında çox böyük məbləğlər təklif etməyə hazır olan Səudiyyə Ərəbistanı klubları da var.

Eyni zamanda, PSJ-də Salahla maraqlandıqlarını inkar edir və düşünürlər ki, belə xəbərlər "Liverpul"a təzyiq vasitəsidir.

İdman.biz