Futbol oyununda insident - 100-ə yaxın azarkeş ölüb - VİDEO

Xəbərlər
2 Dekabr 2024 09:39
130
Futbol oyununda insident - 100-ə yaxın azarkeş ölüb - VİDEO

Futbol üzrə Qvineya kubokunda insident baş verib.

İdman.biz xəbər verir ki, buna "Nzerekore" - "Labe" matçında hakimin səhv qərarı səbəb olub.

İnsidentə səbəb hakimin qırmızı vərəqə göstərməsi və daha sonra komandalardan birinin qapısına penalti təyin etməsi olub.

Azarkeşlərin əsəbiləşməsi sonradan kütləvi davaya çevrilib. Nəticədə 100 nəfərədək fanatın öldüyü bildirilir.

Qeyd edək ki, matç ölkənin hərbi lideri Mamadu Dumbiyanın şərəfinə keçirilən kubokun final qarşılaşması olub. İnsidentə görə oyun yarımçıq dayandırılıb.

İdman.biz

Məqalədə: