“Turan Tovuz” – “Sabah” matçının hakimləri bəlli olub

Xəbərlər
2 Dekabr 2024 12:38
141
“Turan Tovuz” – “Sabah” matçının hakimləri bəlli olub

Azərbaycan kubokunun 1/8 final mərhələsinin təyinatları bəlli olub.

İdman.biz xəbər verir ki, qarşılaşmaların ədalət təmsilçilərini AFFA-nın mətbuat xidməti açıqlayıb.

Sabah start götürəcək mərhələnin matçları iki günü əhatə edəcək. Premyer Liqa klubları “Turan Tovuz”la “Sabah”ın dueli İnqilab Məmmədova tapşırılıb. “Zirə” – “Şamaxı” qarşılaşmasında isə ədaləti Əliyar Ağayev qoruyacaq.

Azərbaycan kuboku
1/8 final
3 dekabr


“Qaradağ Lökbatan” – “Səbail”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”. Saat 15:00

“Araz-Naxçıvan” – “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
“Liv Bona Dea Arena”. Saat 16:00

“Turan Tovuz” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Tovuz şəhər stadionu. Saat 18:00

4 dekabr
“Qəbələ” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
Qəbələ şəhər stadionu. Saat 16:00

“Kəpəz” – “İmişli”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
Tovuz şəhər stadionu. Saat 16:00

“Neftçi” – “Difai”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
“Neftçi Arena”. Saat 18:00

“Zirə” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
VAR: Fərid Hacıyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
Zirə İK stadionu. Saat 19:00

“Sumqayıt” – MOİK
Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
Mehdi Hüseynzadə adına stadion. Saat 19:00

İdman.biz