“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskinin özəlliklərindən biri məlum olub.
İdman.biz xəbər verir ki, vaxtilə Rusiya millisi və MOİK-də oynamış müdafiəçi ən şən futbolçular siyahısında yer alıb.
Bunu “Rubin”in yarımmüdafiəçisi Oleq İvanov açıqlayıb. Karyerası ərzində “Spartak”, “Ximki”, “Kuban”, “Krilya Sovetov”, “Axmat” və “Ufa, həmçinin Rusiya yığmasında oynamış 38 yaşlı veteran indiyədək komanda yoldaşı olduğu ən şən futbolçu ilə bağlı suala aydınlıq gətirib: “Birini deyə bilmərəm. Vasya (Berezutski) və daha 17 nəfər”.
Qeyd edək ki, Berezutski ötən həftə “Sabah”ın baş məşqçisi təyin olunub.
İdman.biz