AFFA-dan üç oyunluq diskvalifikasiya

Xəbərlər
2 Dekabr 2024 15:11
143
AFFA-dan üç oyunluq diskvalifikasiya

“Göygöl”ün futbolçusu Elşən Mirzəyev cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

II Liqa təmsilçisinin futbolçusu X turdakı hərəkətinə görə cəza alıb. O, “Göygöl” – “Şəfa” oyununun 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

AFFA Mirzəyevi 3 oyun diskvalifikasiya edib. “Göygöl” 200 manat cərimə ödəməli olacaq.

İdman.biz