Cavid Hüseynov "Zirə"nin sabiq futbolçusunu istəyir

Xəbərlər
2 Dekabr 2024 20:12
114
Cavid Hüseynov "Zirə"nin sabiq futbolçusunu istəyir

"Səbail" transfer çalışmalarını davam etdirir. Hazırda sonuncu pillədə qərarlaşan klub qışda heyətinə yeni oyunçular cəlb edəcək.

İdman.biz Sportal.az saytına istinadən xəbər verir ki, baş məşqçi Cavid Hüseynov "Şamaxı"dan yaxın günlərdə ayrılmış İlkin Muradovu sərəncamında görmək istəyir.

Artıq danışıqlara start verilib. Muradovun "Səbail"ə keçəcəyi gözlənilir. 28 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Zirə" və "Səbail" klublarının formasını geyinib.

İdman.biz