Kriştianu Ronaldonun komandası "Əl-Nəssr"in oyununu anası Dolores Aveyru və sevgilisi Corcina Rodrigeslə birlikdə tribunadan izləyib.
İdman.biz xəbər verir ki, komandası Asiya Çempionlar Liqasında pley-offa vəsiqəni təmin etdiyindən Kriştiano Ronaldoya istirahət verilib.
"Əl-Nəssr" Qətərin "Əl-Sədd" klubuna 90+9-cu dəqiqədə penaltidən buraxılan qol üzündən 1:2 hesabı ilə məğlub olub. Turnirin Qərb zonasında səkkiz komanda pley-offa çıxacaq və Kriştiano Ronaldonun komandası 13 xalla 3-cü yerdədir. Qrup mərhələsinin sonuna hələ iki tur var.
İdman.biz