AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XV turunda baş verənlər müzakirə olunub.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Qərb təmsilçisinə xəbərdarlıq edilib.
“Şamaxı” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə alan Gəncə klubu 700 manat cərimə edilib.
“Zirə” – “Sumqayıt” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.
İdman.biz