Azərbaycan kubokunun 1/8 finalının "Turan Tovuz" - "Sabah" matçında xoşagəlməz hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, matçın 21-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçinin ayağı sınıb.
Moldovalı müdafiəçi rəqib komandanın hucumu zamanı zədələnib. Denis təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hazırda davam edən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
İdman.biz