İlin ən yaxşı bombardirləri açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS 2024-cü ildə keçirilən bütün turnirlərdə ən çox qol vuranların siyahısını tərtib edib.
Cədvəldə milli və klubda ümumilikdə 26 və daha çox qol vuranlar yer alıb. “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo da ən yaxşılar arasındadır.
26 qol vuran forvard dünyada 45-cidir. O, Premyer Liqada 10, ölkə kubokunda 5, avrokuboklarda 11 dəfə fərqlənib. Juninyo eyni sayda qol vuran Luis Suares və Koul Palmeri əlavə göstəricilərdə - qitə kuboklarındakı qol sayına görə qabaqlayır.
Siyahıya isə Viktor Qyokereş başçılıq edir. İsveç millisinin və “Sportinq”in hücumçusu artıq 59 qol vurub. Erlinq Haland (Norveç, “Mançester Siti”) 47 qolla ikincidir. İngiltərə millisinin və “Bavariya”nın əsas silahı Harri Keyn 46 dəfə fərqlənib.
Qeyd edək ki, cədvəldə 54 futbolçu yer alıb.
İdman.biz