İspaniya Kral kubokunda sensasiya qeydə alınıb.
İdman.biz xəbər verir ki, dördüncü divizionun autsayderi "Barbastro" La Liqa təmsilçisi "Espanyol"a qalib gəlib - 2:0.
Oyunda hər iki qolu Andres Barrera vurub. O, 2018/19 mövsümünü "Levante"də keçirsə də, cəmi 9 matçda meydana çıxıb. Sonra bir müddət işsiz qalıb, indi isə Kral kubokunda iki oyunda 4 dəfə fərqlənib.
"Barbastro" 17 min nəfər əhalisi olan kiçik bir şəhərin komandasıdır. Bu ilin yanvarında onlar Kral kubokunda “Barselona” ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, Almaniya kubokunda da sensasiyalı nəticə qeydə alınıb. 3-cü liqa təmsilçisi "Arminia Bielefeld" Bundesliqanın ortabablarından "Frayburq"a 3:1 hesabı ilə qalib gəlib.
İdman.biz