Massimiliano Alleqriyə Premyer Liqadan elçi

Xəbərlər
4 Dekabr 2024 15:17
100
Massimiliano Alleqriyə Premyer Liqadan elçi

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, baş məşqçi dəyişikliyi planlaşdıran “Vest Hem” italiyalı mütəxəssislə maraqlanır.

Komandanın nəticələrindən narazı olan klub rəhbərliyi Xulen Lopeteqi ilə vidalaşmağa hazırlaşır. Onu Alleqrinin əvəzləməsi gözlənilir.

Qeyd edək ki, bu il mayın 17-də “Yuventus”dan ayrılan mütəxəssis həmin vaxtdan klubsuzdur.

İdman.biz