Zidanın komandası 1/16 finala yüksəlib - VİDEO

Xəbərlər
4 Dekabr 2024 15:32
129
Zidanın komandası 1/16 finala yüksəlib - VİDEO

“Qranada”nın fransalı qapıçısı Luka Zidan İspaniya Kral kubokunda inamlı oyunu ilə diqqət çəkib.

İdman.biz xəbər verir ki, 26 yaşlı qolkiperin komandası turnirin 1/16 finalına yüksəlib.

“Qranada” əsas və əlavə vaxtı 2:2 hesabı ilə bitən oyundan sonra penaltilər seriyasında “Saraqosa”ya qalib gəlib - 5:4. Birinci hissədə rəqibin penalti zərbəsini dəf edən Zidan penaltilər seriyasında da uğurlu çıxış edib, hətta özü də rəqib qapısından top keçirib.

Qeyd edək ki, Luka əfsanəvi Zinəddin Zidanın ikinci oğludur. O bu mövsümdən "Qranada"da çıxış edir.

İdman.biz