Şahrudin Məhəmmədəliyev 124 gündən sonra “11-lik”də

Xəbərlər
4 Dekabr 2024 15:28
103
Şahrudin Məhəmmədəliyev 124 gündən sonra “11-lik”də

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Qəbələdə meydana çıxacaq.

İdman.biz xəbər verir ki, zədəsini sağaldan qolkiper 124 gündən sonra ilk “11-lik”də yer alacaq.

O, Azərbaycan kubokunun 1/8 finalında səfərdə “Qəbələ” ilə oyunda meydana çıxacaq.

Şahrudin sonuncu dəfə Azərbaycan Premyer Liqasının I turunda, avqustun 2-də “Araz-Naxçıvan”a (4:1) qarşı keçirilən matçda meydanda olub.

Qeyd edək ki, “Qəbələ” - “Qarabağ” matçı saat 16:00-da start götürəcək.

İdman.biz