CIES futbol üzrə milli komandaların 2024-cü ildə orta yaşını açıqlayıb.
İdman.biz xəbər verir ki, hesablama cari ildə komandaların heyətində meydana çıxan bütün futbolçuların yaşına əsasən aparılıb.
Azərbaycan millisinin orta yaşı 27,51 olub. Bu göstəriciyə əsasən, komandamız "yaşlılar"a daha yaxındır.
Qeyd edək ki, 2024-cü ildə ən yaşlı Peru (30,38), İran (29,75), Çili (29,53) və Avropada Monteneqro (28,94), ən gənc isə Kayman adaları (23,05), Puerto-Riko (23,34), Çad (23,43) və Avropada San Marino (24,31) milliləri olub.
İdman.biz