“Neftçi”nin qapıçısı Emil Balayev son iki mövsümdə ilk dəfə meydana çıxacaq.
İdman.biz xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən qolkiper Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Difai” ilə görüşünə start heyətində çıxacaq.
Görüşü kapitan sarğısı ilə başlayacaq 30 yaşlı futbolçu sonuncu dəfə 2022/23 mövsümündə rəsmi matçın iştirakçısı olub. O, 2023-cü il mayın 27-də “Səbail”in heyətində “Şamaxı” ilə son turdakı (1:0) ev qarşılaşmasında forma geyinib. Emil 557 gündən sonra meydana qayıdacaq.
Qeyd edək ki, “Neftçi” – “Difai” görüşü saat 18:00-da başlayacaq.
İdman.biz