"Neftçi"nin sabiq futbolçusu vəfat edib - FOTO

Xəbərlər
4 Dekabr 2024 19:45
170
"Neftçi"nin sabiq futbolçusu vəfat edib - FOTO

"Neftçi"nin sabiq futbolçusu Tofiq Abbasov 75 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, ötən əsrin 70-ci illərində "ağ-qaralar"ın şərəfini qoruyan yarımmüdafiəçi yaşadığı Türkiyədə ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Abbasov, həmçinin "Polad" (Sumqayıt), "Xəzər" (Lənkəran) komandalarında çıxış edib, sonra məşqçi kimi çalışıb.

İdman.biz