"Qarabağ" Azərbaycanda son 15 ilin ən yaxşı komandasıdır".
İdman.biz xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunundan sonra klubun mətbuat xidmətinə deyib.
Gürcüstanlı mütəxəssis "Qarabağ"a 0:2 hesablı məğlubiyyəti şərh edib: "Öz məşqçisi, heyəti, oyunçuları ilə onlar bunu sübut ediblər. Mən oyunçularıma təşəkkürümü bildirir, onlara çox sağol deyirəm. Çox yaxşı, çəkinmədən oynadılar. Sonadək mübarizə apardılar. Əlbəttə ki, komandalar arasında ciddi fərq var. Rəqibimizin fərdi bacarıqlarına görə bizdən güclü olan futbolçuları çox idi. Təbii ki, qarşımızdakı komanda "Qarabağ"dır, bu da normaldır. Onlar Avropada, biz isə 1-ci Liqada oynayırıq. Bir daha qeyd edirəm ki, futbolçularımın gördüyü iş yüksək səviyyəlidir. Onların əziyyətini qiymətləndirirəm və bir daha çox sağ ol deyirəm".
İdman.biz