Vaqif Cavadov: "120 dəqiqə ərzində üstün tərəf biz idik"

Xəbərlər
5 Dekabr 2024 00:39
113
Vaqif Cavadov: "120 dəqiqə ərzində üstün tərəf biz idik"

"Bir az gərgin oyun izlədik. Baxmayaraq ki rəqibin bir-sıra baxımlı hücumları oldu, lakin 120 dəqiqə ərzində üstün tərəf biz idik".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov MOİK-lə oyundan sonra keçirilən mətbuat konfransıdna deyib.

Gənc mütəxəssus Azərbaycan kubokunda 1/8 finalında qazanılan 3:1 hesablı çətin qələbəni şərh edib: "Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər müəllim gözəl komanda formalaşdırıb. Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik".

Qeyd edək, "Sumqayıt" əsas 1:1 hesabı il yekunlaşan qarşılaşmanın əlavə vaxtında 2 qol vuraraq, mərhələ adlayıb - 3:1.

İdman.biz