İngiltərə Premyer Liqasında nadir təsadüf olunan hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, “Vulverhempton”un müdafiəçisi Kreq Douson bir oyunda iki avtoqol müəllifi olub.
O, XIV turun “Everton”la səfər matçının 2-ci hissəsində bu uğursuzluğu yaşayıb. 34 yaşlı futbolçu 49-cu və 72-ci dəqiqələrdə qapıları səhv salıb.
Qeyd edək ki, “Vulverhempton” “Everton”a 0:4 hesabı ilə uduzub.
İdman.biz