İspaniya kubokunun 1/32 final mərhələsində 4-cü liqa klubu "Loqrones" La Liqa təmsilçisi “Jirona”nı penaltilər seriyasında məğlub edib.
İdman.biz xəbər verir ki, matçın əsas vaxtı 0:0 hesablı bərabərliklə bitdiyindən əlavə hissələr oynanılıb.
Qarşılaşma zamanı "Loqrones"in qapıçısı Enrike Royo zədələnib. Komanda bütün əvəzetmələrdən istifadə etdiyindən qapıya müdafiəçi Pol Arnau keçib. Qapısını toxunulmaz saxlayan 19 yaşlı ispaniyalı futbolçu penaltilər seriyasında Abel Ruizin zərbəsini dəf edib və klubu növbəti mərhələyə keçib.
Qeyd edək ki, Pol "Barselona"nın keçmiş qapıçısı Fransesk Arnaonun oğludur.
İdman.biz