"Milan" yaranmasının 125 illiyini dekabrın 15-də xüsusi qeyd edəcək.
İdman.biz xəbər verir ki, həmin gün “rossoneri” A seriyasının 16-cı turu çərçivəsində "Cenoa"nı qəbul edəcək.
"Milan"ın oyuna sponsor loqoları və futbolçu adlarının olmayacağı uzunqol retro formalarda çıxacağı bildirilir.
Qeyd edək ki, komanda yubileyi ərəfəsində 7 oyunluq məğlubiyyətsiz seriyaya malikdir.
İdman.biz