Quldurlar tərəfindən qaçırılan futbolçu xilas olunub və hazırda sağ-salamatdır.
İdman.biz xəbər verir ki, Ekvador Milli Polisi bu barədə məlumat yayıb.
Söhbət Ekvadorun “Delfin” klubunun şərəfini qoruyan Pedro Perlazadan gedir. Üç gün ərzində dostu Xuan Karlos Morales ilə birlikdə oğurlanan 33 yaşlı ekvadorlu futbolçuya görə quldurlar pul tələb ediblər. Polis onları silahlı əməliyyat nəticəsində azad edib.
Qeyd edək ki, ölkəsində 10-dan çox klubun, o cümlədən “Barselona”nın (Quayakil) şərəfini qoruyan Pedro Perlaza Ekvador millisinin heyətində 3 oyun keçirib.
İdman.biz