"Fiorentina"nın futbolçuları və azarkeşləri pankartlar açaraq xəstəxanada müalicə alan klubun yarımmüdafiəçisi Edoardo Boveyə dəstək nümayiş etdiriblər.
İdman.biz xəbər verir ki, bununla belə, Florensiya təmsilçisi 22 yaşlı futbolçunu qələbə ilə sevindirə bilməyib.
"Fiorentina" İtaliya kubokunda əsas və əlavə vaxtı 2:2 hesabı ilə bitən oyundan sonra penaltilər seriyasında "Empoli"yə məğlub olub - 2:3.
Qeyd edək ki, A seriyasının 14-cü turunda “İnter”lə oyunun 16-cı dəqiqəsində hesab 0:0 olarkən Bove huşunu itirib. "Fiorentina"lı təcili tibbi yardım maşını ilə yaxınlıqdakı klinikalardan birinə çatdırılıb və matç yarımçıq dayandırılıb.
İdman.biz