Millimiz Fransa ilə eyni qrupda

Xəbərlər
5 Dekabr 2024 13:37
161
Millimiz Fransa ilə eyni qrupda

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 9-cu qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.

İdman.biz

Məqalədə: