Berezutski Rusiya millisində çalışmış mütəxəssisi yanına gətirib

Xəbərlər
5 Dekabr 2024 15:16
82
Berezutski Rusiya millisində çalışmış mütəxəssisi yanına gətirib

"Sabah"ın baş məşqçisi Vasili Berezutskinin daha bir köməkçisi müəyyənləşib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Aleksey Antonyuk bundan sonra "bayquşlar"ın qapıçılar üzrə məşqçisi funksiyasını icra edəcək.

40 yaşlı mütəxəssis buna qədər Rusiyanın I Liqa təmsilçisi "Rodina"da çalışıb.

Rusiya klubu açıqlama yayaraq Antonyukun "Rodina"nı tərk etdiyini və karyerasını "Sabah"da davam etdirəcəyini bildirib.

Aleksey Antonyuk karyerası ərzində Stanislav Aqkatsev ("Krasnodar"ın və Rusiya millisini qapıçısı) və Matfey Safonov (hazırda PSJ-də oynayır) kimi futbolçular yetişdirib.

Antonyuk 2023-cü ildə Rusiya millisində də məşqçi işləyib.

Qeyd edək ki, Vasili Berezutski bunadək Rusiyadan Dmitri Smirnov və Aleksandr Naqornını da özünə köməkçi götürmüşdü.

İdman.biz