FİFA milli komandaların 2024-cü il üçün yekun reytinq siyahısını dekabrın 19-da açıqlayacaq.
İdman.biz xəbər verir ki, hesabat dövründə yığmaların iştirakı ilə kifayət qədər az oyun keçiriləcəyindən əksər komandaların ilin finişindəki mövqeyini indidən proqnozlaşdırmaq mümkündür.
Baş tutacaq matçlar Azərbaycan millisinin mövqeyinə təsir etməyəcək. Yığmamız ilin son siyahısında da dünyanın 117-cisi olacaq. Fernandu Santuşun baş məşqçisi olduğu komandanın hesabında 1158,70 xal qalacaq.
Qeyd edək ki, Argentina 2024-cü ili zirvədə başa vuracaq – 1867,25 xal.
İdman.biz