İlkin Muradovla yollarını ayıran "Şamaxı" daha bir futbolçu barədə qərar verib.
İdman.biz Sportinfo.aza istindən xəbər verir ki, əyalət təmsilçisi yayda heyətinə qatdığı Conatan Benteke ilə vidalaşmaq niyyətindədir.
"Şirlər" mövsümlərarası fasilədə belçikalı legionerlə bir illik müqavilə imzalayıblar. 29 yaşlı hücumçu sonuncu dəfə "Union Titus Petange"də forma geyinib.
Lüksemburqdan fərqli olaraq, onun Azərbaycandakı karyerası uğurlu alınmayıb. Conatan Premyer Liqanın arxada qalan 15 turunda hələ də qol hesabını aça bilməyib.
Bunu nəzərə alan şamaxılılar "Liverpul"un sabiq ulduzu Kristian Bentekenin kiçik qardaşına müqaviləni qarşılıqlı razılıq əsasında pozmağı təklif ediblər.
İdman.biz