Dünya çempionatının püşkü atılıb

Xəbərlər
5 Dekabr 2024 23:33
118
Dünya çempionatının püşkü atılıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 2025-ci ildə təşkil edəcəyi klublararası dünya çempionatının püskatması keçirilib.

İdman.biz xəbər verir ki, 32 komanda 8 qrupda mübarizə aparacaq.

Mərasim ABŞ-ın Mayami şəhərində təşkil olunub. Turnir 2025-ci ildə iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

B qrupunda PSJ, "Atletiko" və "Botafoqo" kimi klublar yer alıblar. C qrupunda isə "Bavariya" (Almaniya), "Boka Xuniors" və "Benfika" ilk iki yeri tutmağa əsas namizəd sayılırlar.

Püşk "Real"ın üzünə gülüb. Madrid klubu "Əl-Hilal", "Paçuka" və "Zalsburq" yarışacaq.

A qrupu: "Palmeyras" (Braziliya), "Porto" (Portuqaliya), "Əl-Əhli" (Misir), "İnter Mayami" (ABŞ).
B qrupu: PSJ (Fransa), "Atletiko" (İspaniya), "Botafoqo" (Braziliya), "Sietl Saunders" (ABŞ).
C qrupu: "Bavariya" (Almaniya), "Oklend Siti" (Yeni Zelandiya), "Boka Xuniors" (Argentina), "Benfika" (Portuqaliya).
D qrupu: "Flamenqo" (Braziliya), "Esperance" (Tunis), "Çelsi" (İngiltərə), "Leon" (Meksika).
E qrupu: "River Pleyt" (Argentina), "Urava Red Diamonds" (Yaponiya), "Monterrey" (Meksika), "İnter" (İtaliya),
F qrupu: "Fluminense" (Braziliya), "Borussiya" D (Almaniya), "Ulsan" (Cənubi Koreya), "Mamelodi Sandaunz" (Cənubi Afrika)
​G qrupu:​ "Mançester Siti" (İngiltərə), "Vidad" (Mərakeş), "Əl Ayn" (BƏƏ), "Yuventus (İtaliya),
H qrupu: "Real" (İspaniya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Paçuka" (Meksika), "Zalsburq" (Avstriya).

İdman.biz