Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun postundan ayrılacağı ilə bağlı yayılan şayiələr həqiqəti əks etdirmir.
Bunu İdman.biz-ə AFFA-nın mətbuat katibi Elnur Məmmədli açıqlayıb.
Assosiasiya rəsmisi bildirib ki, hansısa ayrılıqdan söz belə gedə bilməz: “Fernandu Santuş işinin başındadır. Hazırda 5-ci mərtəbədə öz otağındadır. Onun postundan ayrılacağı ilə bağlı xəbərlər düz deyil”.
Qeyd edək ki, bu il Azərbaycan millisinin baş məşqçisi təyin olunan portuqaliyalı mütəxəssisin müqaviləsi “3+1” illikdir.
Emin Ağa
İdman.biz