Qyokereşdən 60-cı qol

Xəbərlər
6 Dekabr 2024 10:33
84
Qyokereşdən 60-cı qol

Viktor Qyokereş 2024-cü ildə 60-cı qoluna imza atıb.

İdman.biz xəbər verir ki, isveçli hücumçu “Sportinq”in heyətində fərqlənib.

O, Portuqaliya çempionatının XIII turunun “Moreyrense” ilə səfər görüşündə rəqib qapısına yol tapıb. Bu, Qyokereşin Lissabon klubunda 2024-cü ildəki 50-ci qoludur. Forvardın digər 10 qolu İsveç yığmasında qeydə alınıb. Bu toplardan 34-ü 2024/25 mövsümünə təsadüf edib.

Qyokereşin 60-ci qolu da “Sportinq”ə kömək olmayıb. Paytaxt təmsilçisi ardıcıl ikinci məğlubiyyətini alıb – 1:2.

Qeyd edək ki, 2023-cü ilin ən məhsuldar futbolçusu olan Kriştiano Ronaldo 54 qola imza atmışdı.

İdman.biz

Məqalədə: