Ceyhun Sultanov: "Santuşun qalmağındansa, getməyi məsləhətdir"

Xəbərlər
6 Dekabr 2024 13:49
142
Ceyhun Sultanov: "Santuşun qalmağındansa, getməyi məsləhətdir"

Millimizin baş məşqçisi Fernandu Santuşun postundan gedəcəyi ilə bağlı məlumatlar yayılıb.

İdman.biz xəbər verir ki, məsələ ilə bağlı Ceyhun Sultanov Sport24.az saytına açıqlama verib.

O, Fernandu Santuşun getməsinin daha doğru olmasını bildirib: "Fernandu Santuşun qalmağındansa, getməyi məsləhətdir. Biz Millətlər Liqasında gördük ki, millimizə kömək edəcək baş məşqçi deyil. Bu, mənim şəxsi fikirimdir. Kimlərsə başqa cürə başa düşə bilər. Onun yerinə yerli mütəxəssis olsa, daha yaxşı olar".

İdman.biz