İlkin Qırtımov: "Onlar üçün dəyərli olduğumu hiss etdim"

Xəbərlər
6 Dekabr 2024 15:57
88
İlkin Qırtımov: "Onlar üçün dəyərli olduğumu hiss etdim"

"Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdır".

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu İlkin Qırtımov klubun mətbuat xidmətinə deyib.

Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib: "Davamlı müayinə olunuram. İlk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm".

Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib: "Ürəyi "Kəpəz"lə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olub, "Kəpəz"ə təcrübəmlə kömək edim".

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının 15-ci turunda dekabrın 8-də “Zirə”ni qəbul edəcək.

İdman.biz