"Turan Tovuz"un insult keçirən baş meneceri İman Həsənovun vəziyyəti orta stabildir.
Bu barədə məlumatı İdman.biz-ə klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.
O bildirib ki, atasının səhhətində yaxşılığa doğru müəyyən dəyişikliklər var: "Artıq sağ ayağını tərpətməyə başlayıb. Amma əlində və nitqində hələ ki, dəyişiklik yoxdur. Müalicələrlə düzələcək".
Qeyd edək ki, İman Həsənov noyabrın 27-də insult keçirib.
Emin Ağa
İdman.biz