Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin Türkiyə Kubokunda növbəti rəqibi bəlli olub.
İdman.biz xəbər verir ki, onların çıxış etdiyi "Ankaragücü" "Menemenspor"la qarşılaşacaq.
Mərhələnin oyunları dekabrın 17-19-da keçiriləcək.
Qeyd edək ki, "Ankaragücü" əvvəlki mərhələdə "Karşıyaka"nı mübarizədən kənarlaşdırıb (2:1).
İdman.biz