Azərbaycanlı futbolçu Rahil Məmmədovun komandasının Polşa çempionatında qələbə həsrəti üçə yüksəlib.
İdman.biz xəbər verir ki, "Radomyak" öz meydanında QKS-lə bacarmayıb.
17-ci tur çərçivəsində keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Zədəli Məmmədov ardıcıl 3-cü oyunda meydana çıxmayıb. Bu görüşlərdə 2 dəfə uduzan və 1 dəfə heç-heçə oynayan "Radomyak" 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Rahilin komandası növbəti turda "Şlask"ın qonağı olacaq.
İdman.biz