“Böyük beşlik” liqalarında ən çox məhsuldar oyun keçirən komandalar açıqlanıb.
İdman.biz xəbər verir ki, üç və ya daha çox qol vurduğu matçların sayında PSJ liderdir.
Paris təmsilçisi Liqa1-in 9 görüşündə belə məhsuldarlıq nümayiş etdirib. İkinci yeri “Bavariya” və “Barselona” bölüşür. Bundesliqa və La Liqa təmsilçiləri hərəyə 8 qarşılaşmada “3+” qola seviniblər. “Dördlüy”ü “Atalanta” qapayır. Berqamo klubu A seriyasının 7 oyununda coşub.
“Böyük beşlik” klubları bu göstəricidə Azərbaycan çempionu “Qarabağ”a həsəd aparır. Qurban Qurbanovun komandası cari mövsüm Premyer Liqanın 10 matçında rəqiblərinə qənim kəsilib. Ağdam klubu keçirdiyi 14 qarşılaşmadan yalnız dördündə 3-dən az qol vurub.
Qeyd edək ki, “Qarabağ” bu gün “Sabah”ın qonağı olacaq.
İdman.biz