“Neftçi” Abdullah Avcı ilə danışıqlara başlayıb

Xəbərlər
7 Dekabr 2024 14:53
190
“Neftçi” Abdullah Avcı ilə danışıqlara başlayıb

Tarixinin ən uğursuz dövrlərindən birini yaşayan “Neftçi” növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır.

İdman.biz xəbər verir ki, bunu Türkiyə mətbuatı iddia edir.

Haberlisin.com paytaxt klubunun Abdullah Avcıya elçi düşdüyü barədə məlumat əldə edib. Bildirilir ki, mövsümün gedişində bu posta gətirilən Samir Abasovla yollarını ayırmağı planlaşdıran paytxt təmsilçisi 61 yaşlı türkiyəli ilə danışıqlara da başlayıb.

Mütəxəssis ölkəmizdə çalışmağın əleyhinə deyil. Əgər tərəflər arasında razılıq əldə olunsa, Avcı artıq yanvarda komandanın sükanı arxasına keçəcək.

Qeyd edək ki, “Trabzonspor”un sabiq baş məşqçisi çalışdırıcı karyerası ərzində Türkiyədə 1 çempionluq və 2 Superkubok qazanıb.

İdman.biz