Elçin Məmmədov “Fənərbaxça”nın oyununa təyinat alıb

Xəbərlər
7 Dekabr 2024 15:09
109
Elçin Məmmədov “Fənərbaxça”nın oyununa təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Atletik” (İspaniya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma dekabrın 11-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

İdman.biz