Coşqun qırmızı vərəqə alıb, komandası qələbə qazanıb

Xəbərlər
7 Dekabr 2024 23:14
142
Coşqun qırmızı vərəqə alıb, komandası qələbə qazanıb

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında qırmızı vərəqə ilə cəzalandırılıb.

İdman.biz xəbər verir ki, o, "Bandırmaspor"un "İğdır"la görüşündə komandasını azlıqda qoyub.

15-ci tur çərçivəsində keçirilən qarşılaşma Bandırma təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Diniyev 67-ci və 84-cü dəqiqələrdə iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, 31 xal toplayan "Bandırmaspor" lider "Kocaelispor"dan 1 xal geri qalıb.

İdman.biz