Azər Bağırov: "Hakimlər barədə danışmaq istəmirəm"

Xəbərlər
8 Dekabr 2024 18:50
55
Azər Bağırov: "Hakimlər barədə danışmaq istəmirəm"

"Heç olmasa 2 qol vurmalı idik. Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. "Zirə"ni təbrik edirəm".

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunun “Zirə” ilə oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis Orxan Əliyevin yüz faizli qol vəziyyətlərindən istifadə edə bilmədiyini vurğulayıb: "Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalara qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq. Orxan Əliyevin yüz faizli 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir. Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi. "Yuxarı pillə ilə də çox böyük məsafəmiz yoxdur. Gücləndirəcəyimiz mövqelər olacaq. Hələ bu barədə danışmaq tezdir. Qarşıda 2 oyun var. Bu matçları xal baxımından yaxşı dəyərləndirmək lazımdır".

İdman.biz