"Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis doğma azarkeşlər qarşısında qazanılan 2:0 hesablı qələbəni şərh edib: "Bu matç hər bir oyunçunun qiyməti, karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən heç də zəif deyilik. Onlar üçün böyük addım olacaq. Demək ki, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. Bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq".
Vaqif Cavadov "Neftçi" ilə görüşə heç kimdən zəif olmadıqlarını sübut etmək istədiklərini bildirib: "Rəqibimiz “Neftçi” idi. Onlara qarşı oynayırdıq. Qalib gəlmək istəyirdik. Sübut etmək etdi ki, heç kimdən zəif deyilik. Bu heyətlə də futbol oynamaq olar. Baş məşqçi ilə bağlı heç bir motivasiya ola bilməzdi. Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə Allah da bizə qələbəni bəxş etdi".
İdman.biz