Hava hücumu təhlükəsi səbəbindən oyun yarımçıq dayandırılıb

Xəbərlər
9 Dekabr 2024 10:49
111
Hava hücumu təhlükəsi səbəbindən oyun yarımçıq dayandırılıb

Ukrayna çempionatının oyunu Rusiya ordusunun hava hücumu təhlükəsi səbəbindən yarımçıq dayandırılıb.

İdman.biz xəbər verir ki, hadisə Kiyevdə 16-cı turun "Dinamo Kiyev" - "Aleksandriya" qarşılaşmasının 58-ci dəqiqəsində qeydə alınıb.

Oyun yarımçıq dayandırılanda Kiyev komandası 3:0 hesabı ilə irəlidə olub. Məcburi fasilə 40 dəqiqə çəkib.

Qeyd edək ki, hava hücumu təhlükəsi sovuşduqdan sonra komandalar təxminən daha 35 dəqiqə oynasalar da, qapılara top vurulmayıb.

İdman.biz

Məqalədə: