Naninin peşəkar futboldan getdiyini açıqladıqdan sonra karyerasını bitirən 2016-cı il Avropa çempionlarının sayı 8-ə çatıb.
İdman.biz xəbər verir ki, səkkiz il əvvəl Portuqaliya millisinin heyətində qitənin ən yaxşısı olan Kriştiano Ronaldo və əksər oyundaşlarının yaşı 30-u keçsə də (yalnız Renato Sanşeşin 27 yaşı var), onlar yaşıl meydanlarda çıxışlarını davam etdirirlər.
Nanidən əvvəl Rikardo Karvalyo 2017, Eliseu 2018, Eduardo 2020, Rikardo Kuareşma, Bruno Alveş və Eder 2022, Pepe isə 2024-cü ildə peşəkar futbolçu karyeralarını başa vurublar.
İdman.biz