"Vissel Kobe" Yaponiya çempionatının son turunda "Shonan"a 3:0 hesabı ilə qalib gələrək ölkə çempionluğunu qazanıb.
İdman.biz xəbər verir ki, bu, Kobe təmsilçisinin ardıcıl ikinci çempionluğudur.
Ötən mövsüm "Vissel Kobe"nin heyətində ispaniyalılar Andres İnyesta (4 oyun) və Xuan Mata (1 oyun) var idisə, indi komandanın oyunçularının əksəriyyəti yaponiyalı, yalnız ikisi braziliyalıdır - müdafiəçi Matheus Thuler (36 oyun, 2 qol) və hücumçu Jan Patrik (29 oyun, 1 qol).
İdman.biz