Misli Premyer Liqasının XVI turunun son oyununda “Turan Tovuz”la “Şamaxı” üz-üzə gələcək.
İdman.biz xəbər verir ki, Tovuz şəhər stadionunda qarşılaşacaq komandalar tarixdə 6-cı duelə çıxacaqlar.
Əvvəlki görüşlərdə qərblilərin minimal üstünlüyü var. 2 qələbə qazanan Tovuz təmsilçisi eyni sayda heç-heçə edib və yalnız bir dəfə uduzub. Buna baxmayaraq, top fərqində tarazlıq hökm sürür – 6-6.
Beş qarşılaşmada 6 dəfə fərqlənən “Turan Tovuz” bütün oyunlarda qol vurub. Amma qərblilər evdə qələbə qazana bilmir. “Şamaxı” ilk iki səfərdə uduzmayıb. Maraqlıdır ki, əvvəlki 5 görüşün heç birində meydan sahibi olan komanda qalib gəlməyib. Bir sözlə, qonaq komanda həmişə məğlubedilməz qalıb.
03.09.2022 |
Şamaxı - Turan Tovuz |
0:1 |
04.11.2022 |
Turan Tovuz - Şamaxı |
1:3 |
06.02.2023 |
Şamaxı - Turan Tovuz |
0:1 |
09.04.2023 |
Turan Tovuz - Şamaxı |
1:1 |
29.09.2024 |
Şamaxı - Turan Tovuz |
2:2 |
Qeyd edək ki, Tovuz şəhər stadionundakı oyun saat 19:00-da başlayacaq.
İdman.biz