Bizim “Fiorentina”

Xəbərlər
9 Dekabr 2024 16:22
142
Bizim “Fiorentina”

Səfər oyunlarında ən uzun müddətdir qol buraxmayan komandalar açıqlanıb.

İdman.biz xəbər verir ki, yüksək liqa klubları arasında rekord iki komandaya məxsusdur.

Onlardan biri Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”dır. Elmar Baxşıyevin komandası son 5 səfərdə qapısını toxunulmaz saxlayıb.

Oktyabrın 5-də “Sabah”la görüşdə (1:1) qol buraxan Naxçıvan təmsilçisi 65 gündür qapısını meydan sahiblərinin üzünə “tilsimləyib”. Bu müddətdə “Araz-Naxçıvan” rəqib meydanlarında xal da itirməyib.

“Şamaxı”, “Neftçi” və “Zirə”ni 1, “Kəpəz”lə “Səbail”i 2 qolla üstələyən Baxşıyevin yetirmələri dekabrın 22-də “Qarabağ”ın qonağı olacaqlar. Yüksək liqa klublarından yalnız “Fiorentina”nın davam edən oxşar seriyası var.

Florensiya təmsilçisi A seriyasındakı son 5 səfərdə qapısını toxunulmaz saxlaya bilib. Sentyabrın 15-də “Atalanta”ya 3:2 hesabı ilə uduzan “bənövşəyilər” həmin matçdan sonra qonaqlara qol sevinci yaşatmayıb.

Naxçıvan klubundan fərqli Florensiya təmsilçisi xal itkisi görüb. “Empoli” ilə heç-heçə edən komanda ardınca “Leççe”ni 6, “Cenoa” və “Torino”nu 1, “Komo”nu 2 qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, “Fiorentina” növbəti səfər matçında “Bolonya”nın qonağı olacaq.

İdman.biz

Məqalədə: