“Qarabağ”ın oyunu portuqaliyalı hakimlərə tapşırılıb

Xəbərlər
10 Dekabr 2024 13:40
164
“Qarabağ”ın oyunu portuqaliyalı hakimlərə tapşırılıb

Avropa Liqasının “Elfsborq” – “Qarabağ” oyununun hakimləri bəlli olub.

İdman.biz xəbər verir ki, Liqa mərhələsinin VI turunun matçını portuqaliyalı ədalət təmsilçiləri idarə edəcək.

Dekabrın 12-də baş tutacaq qarşılaşmada Antonio Nobre fit çalacaq. Ona Pedro Ribeyro və Nelson Pereyra kömək edəcəklər. VAR assistenti isə Andre Narkiso olacaq. Matçın dördüncü hakimi və VAR hələ dəqiqləşməyib.

Oyunun hakim-inspektoru Stefano Podeşi (San Marino), UEFA nümayəndəsi Yan Atkins (İngiltərə) olacaq.

Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə “Boraş Arena”da keçiriləcək “Elfsborq” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.biz

Məqalədə: