AFFA rəsmisi “Qalatasaray”ın oyununda

Xəbərlər
10 Dekabr 2024 14:29
153
AFFA rəsmisi “Qalatasaray”ın oyununda

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.

İdman.biz xəbər verir ki, qurum rəsmisi Avropa Liqasının “Malmö” - “Qalatasaray” görüşündə iş başında olacaq.

Belçikalı funksioner Liqa mərhələsinin VI turunun İsveçdəki görüşünə hakim-inspektor kimi təyinat alıb. Dekabrın 12-də keçiriləcək matçı İngiltərədən olan hakimlər idarə edəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.biz